“Hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır” –Siyavuş Novruzov məmur həbslərindən danışdı

“İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”, – deyə o bildirib. (APA)

   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Brent” neftinin qiyməti bahalaşıb

Sonrakı məqalə

Həbs olunan İcra başçılarına “müharibə qanunları”nın tətbiq olunması tələb olundu –