İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi- FOTO

Qadın
Qadın
Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub. İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Cavid Əbdul-Qədirov sərəncam imzalayıb.
Sərəncama əsasən, Osmanova Aliyə Arif qızı başçıının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Osmanova Oğuz şəhərində anadan olub. O, 2001- 2017 illərdə Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim, 2017-2019-cu illərdə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, 2019-cu ildən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.