İctimai fəal Rafael Hüseynzadəyə 30 sutka həbs cəzası verilib

Abşeron rayon Məhkəməsi sentyabrın 3-də ictimai fəal Rafael Hüseynzadəni 30 sutka inzibati həbsə məhkum edib.

Azpost.info xəbər verir ki, bu barədə Hüseynzadənin atası Füzuli Hüseynov “Amerikanın Səsi”nə bildirib. Onun sözlərinə görə oğlunu polis şöbəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar: “Hazırda oğlum Abşeron rayon Polis İdarəsinin saxlanma yerində saxlanılır”- ata qeyd edib.

Rafael Hüseynzadə avqustun sonlarında polisin süründürməçiliyinə və işə qəbul edilməməsinə etiraz olaraq Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirdikdən sonra həbs edilib. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.

“Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O polisə şikayət edib, ekspetizadan keçib. Sentyabrın 2-də sahə müvəkkili Rəfael Hüseynovu zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Beləliklə o polisdə saxlanılıb və məhkəmə barəsində inzibati həbs qərarı verib,” ata deyib.

Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir