“Ideal” və “Sabina” mağazaları birləşdi –

Şirkət adını dəyişdi
31 Yanvar 2020 - 08:30

“IDEAL” parfumeriya və kosmetika mağazalarının sahibi digər rəqib olan “Sabina” parfurmeriya mağazalar şəbəkəsini aldıqdan sonra adını dəyişdirib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, buna qədər “IDEAL”ın sahibi kimi tanınan “İDEAL KOMPANİ” MMC adını dəyişdirərək, “ADORE KOMPANİ” MMC kimi dövlət qeydiyyatına aldırıb.

Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişikliyi isə 10 yanvar 2020-ci ildə baş verib. Bildirilir ki, şirkətin bütün mağazaları “IDEAL” brendi altında öz fəaliyyətlərini davam edəcəklər.

Hazırda 3,2 milyonluq nizamnamə kapitalına sahib olan “ADORE Kompani”nin qanuni təmsilçisi və ya sahibi Samir Əliyev Yalçın oğlu sayılır.

Bildirək ki, indiki “ADORE Kompani” “Sabina” parfumaeriya mağazasını hansı sövdələşmə əsnasında və hansı qiymətə alması barədə ictimayyətə hər hansısa məlumat sızmayıb.

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.