İdmançı Zaur Yusifov marketdə güllələnib –Kriminal avtoritetin qətlində ittiham olunub (FOTO)

Dünən Bakıda öldürülən idmançı Zaur Yusifov ötən il qətlə yetirilən kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunub, amma məhkəmədə bəraət alaraq azadlığa çıxıb.

Azpost.info bildirir ki, bu barədə Qafqazinfo-nun yaydığı məlumatda deyilir.

Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Hindistanda keçirilən turizm sərgisində iştirak edir

Sonrakı məqalə

Zelenski ORT-nin canlı efirində etiraz edən jurnalistə təşəkkür edib