“İfadə azadlığını təmin edin, zorakılığı araşdırın!”- Aİ Qaraqalpaqla bağlı bəyanat yaydı

Avropa İttifaqı (Aİ) Özbəkistan Konstitusiyasına təklif edilən düzəlişlərin dərcindən sonra Qaraqalpaqda baş verən zorakılıq halları ilə bağlı açıq və müstəqil araşdırma aparmağa çağırıb.

Azpost.info xəbər verir ki, qurum Qaraqalpaqda baş verənlərlə bağlı bəyanat yayıb.

“İnsan tələfatından təəssüflənir və hadisələri yaxından izləməyə davam edirik. Biz prezident Mirziyoyevin təklif olunan konstitusiya dəyişiklikləri ilə bağlı ictimai narahatlıqlara verdiyi operativ reaksiyasını doğru sayırıq. Bütün tərəfləri hər hansı eskalasiyanın və ya növbəti zorakılığın qarşısını almaq üçün öz hərəkətlərində təmkinli olmağa çağırırıq”, – bəyanatda deyilir.

Aİ Özbəkistan hakimiyyətini ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqları, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığı kimi, fundamental hüquqlara zəmanət verməyə çağırıb: “Avropa İttifaqının Özbəkistanla güclü və artan tərəfdaşlığı var. Biz Özbəkistanın islahat səylərini dəstəkləməyə sadiq qalır və onu bu prosesi vətəndaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında davam etdirməyə təşviq edirik”.

Azpost.info

Əvvəlki məqalə

“Qaraqalpaqdakı etirazlarda ölənlər içki və narkotikin təsiri altında olub”

Sonrakı məqalə

Azərbaycanda daha 49 nəfər COVID-19-a yoluxub