III MDB Oyunları: Azərbaycan çövkən yarışına qələbə ilə başladı- FOTO

Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlarına start verilib.

AzPost xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan millisi Qırğızıstan yığmasını 4:0 hesabı ilə məğlub edib.

Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.

Azərbaycan millisi növbəti oyununu sentyabrın 30-da Küveytə qarşı keçirəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.