III MDB Oyunları: Badminton üzrə komandamız yarımfinalda

Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarında badminton üzrə komanda yarışlarına start verilib.

AzPost-un yarışlara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, birinci günün nəticələrinə əsasən Ülvi Hüseynov, Leyla Camalzadə, Əli Gözəlov, Əmirxan İmanov, Nəzrin Mehrəlizadə və Yağmur Quliyevadan ibarət əsas komandamız “A” qrupunda ikinci yer tutaraq, yarımfinala adladı.

Qrupu ikinci sırada başa vuran əsas komandamız yarımfinalda “B” qrupunu lideri ilə qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.

 

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.