İki ay ərzində ölkəyə 82,5 min ton meyvə-tərəvəz idxal olunub

19 Mart 2021 - 10:42

Yanvar-fevral aylarında ölkəyə 82,5 min ton meyvə-tərəvəz idxal olunub.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, idxal olunan meyvə-tərəvəzin dəyəri 44,2 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə 38,6 milyon dollarlıq 73,1 min ton meyvə-tərəvəz idxal olunub.