Ermənistan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazır olduğunu bəyan edib.
TASS-ın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. “Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.