Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

İkinci Dünya Müharibəsində oğurlanmış Stradivarius skripkası Tokioda tapıldı

Orkhan Ali 07 İyul 2025 - 12:30 (Last updated: 07 İyul 2025 - 11:32)
Skiripka

Skiripka

İkinci Dünya Müharibəsinin sonlarında itkin düşmüş nadir Stradivarius skripkası Yaponiyanın paytaxtı Tokioda aşkar edilib.

AzPost xəbər verir ki, “The New York Times”ın yazdığına görə, məşhur italyan ustası Antonio Stradivarinin düzəltdiyi bu musiqi aləti uzun illər sonra tədqiqatçı Karla Şapronun araşdırmaları nəticəsində tanınıb.

Skripka “Mendelssohn (1709)” adı ilə tanınsa da, Tokioda keçirilən sərgidə üzərində 1707-ci il istehsal tarixi və “Stella” adı ilə təqdim olunub. Lakin musiqi aləti üzərindəki cızıqlar, aşınmalar və bükülmələr onu tanımaq üçün kifayət edib. Tarisio hərrac evinin mütəxəssisləri bu xüsusiyyətlərin skripkanın əsl kimliyini təsdiqlədiyini bildiriblər.

Paris Musiqi Muzeyinin kuratoru Jan-Filipp Eşar skripkanın orijinallığını təsdiqləyərək bildirib ki, onu saxtalaşdırmaq nəzəri cəhətdən mümkün olsa da, alətin yaşı və texniki detalları onun əsl Stradivarius olduğunu sübut edir.

Bu nadir alət 2000-ci ildə Nyu-Yorkda “Tarisio” hərracında “Stella” adı ilə 1,2–1,5 milyon dollar arasında qiymətə satılıb. Həmin vaxt onun əsl kimliyi müəyyən edilməmişdi. İndi isə Tarisio hərrac evinin təsisçisi Ceyson Prays bu skripkanın əslində “Mendelssohn” modeli olduğunu təsdiqləyib.

Antonio Stradivari tərəfindən hazırlanmış təxminən 650 musiqi aləti bu günə qədər qorunub saxlanılıb ki, onlardan təqribən 450-si skripkadır. Usta öz ilk skripkasını 1666-cı ildə, sonuncusunu isə 1736-cı ildə hazırlamışdı.

AzPost.az

Post navigation

Previous: Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib
Next: DİN süni intellekt və İT üzrə təqaüd proqramı elan edib –

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.