“İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir” –Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyası

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir.

Bunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein bildirib.

Arxiyepiskop deyib ki, bu gün Azərbaycan tarixində xüsusi gündür. Biz hamımız Qarabağın azad edilməsi ilə əlaqədar sevincliyik. Qarabağ Azərbaycandır! Bu, bizim üçün artıq bir növ salamlaşmaya çevrilib. Bu ifadə Azərbaycan xalqının qəhrəmanlığı və ədalətini, ölkə rəhbərinin istedadlı və dahi olduğunu göstərir.

Aleksandr İşein qeyd edib ki, Qələbəni qeyd etməklə yanaşı, hər kəs Vətəni müdafiə edərkən şəhid olanları da xatırlayır. Bu müharibə Azərbaycan tarixinə təkcə İkinci Qarabağ müharibəsi kimi deyil, həm də Vətən müharibəsi kimi daxil olacaq. Bütün Azərbaycan üçün bu, xalq yaddaşının parlaq səhifəsidir. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda sərt karantin rejiminin tətbiqi vacibdir” –

Sonrakı məqalə

Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub-