Prezident İlham Əliyev Tovuz səfərində gənclərlə görüşü zamanı onun üçün qoyulmuş kreslonun adi stulla əvəz edilməsini istəyib.
Azpost.info bildirir ki, bu, dövlət başçısının Tovuza səfəri zamanı ASAN Xidmətin binasını ziyarət edərkən baş verib.
Prezident ASAN xidmət könüllüləri ilə görüşmək üçün zala daxil olub. Dövlət başçısı hazırlanmış yerə keçmək istərkən orada kreslo qoyulduğunu görüb.
İlham Əliyev onun üçün xüsusi kreslo ayrılmasına görə narazılığını bildirib və kreslonun ad stullua əvəzlənməsinə göstəriş verib: “”Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”-deyə dövlət başçısı deyib.
Bundan sonra Prezidentin oturması üçün adi stul gətirilib və İlham Əliyev gönclərlə görüşə başlayıb.