Ukraynanın yeni Baş naziri təyin edilib –FOTO

Ukraynanın Ali Radası bu gün fövqəladə iclasda Baş nazirin keçmiş müavini Denis Şmıqalı hökumət başçısı təyin edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, minimum 226 səs tələb olunduğu halda deputatların 291 nəfəri təyinatın lehinə səs verib.

Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini martın 3-də Ali Radaya göndərib.

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürmüşdü.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev kresloda oturmaqdan imtina etdi, adi stul gətirilməsini istədi –

Sonrakı məqalə

Türkiyə parlamentində İdlibə görə dava düşdü –