İlham Əliyev və Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar

01 Noyabr 2021 - 18:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda səfərdə olublar.

Dövlətimizin başçısı və Birinci vitse-prezident xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.