Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.
“Valday” beynəlxalq diskussiya klubunun sessiyasında Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də iştirak edəcəklər.
O qeyd edib ki, Rusiya Prezidenti adıçəkilən dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
“Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclası sentyabrın 30-dan oktyabrın 3-dək Soçidə təşkil olunacaq.