İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirildi, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulandı.

Söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birinci Qarabağ müharibəsinin veteranlarına 67 milyon manat sığorta pulu ayrılıb

Sonrakı məqalə

Qazaxıstan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib