İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir.

“İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”, – deyə Azərbaycan Prezidentinin təbrik məktubunda qeyd olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Xorvatiya oyunu bitdi –

Sonrakı məqalə

Moskva şəhər Dumasına müxalifətdən namizədlər seçilib –