İlham Əliyevlə Nikol Paşinyanın Moskva görüşündə 2 sənədin qəbulu gözlənilir

Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Moskva danışıqlarında iki sənədin qəbul olunması gözlənilir.

Azpost.info “Kommersant” qəzetinə istinadən bildirir ki, Moskva bu iki sənədin qəbul olunacağına ümid edir.

Qəzetin məlumatına görə, 24 mayda bütün günü sənərlərin razılaşdırılmasına sərf edilib. Baş nazirin müavinləri nəqliyyat kommunikasiyalarının açılması barədə sənədi, digər qrup isə Putin, İlham Əliyev və Paşinyanın birgə Bəyanatını mətnini hazırlayıb.

Qeyd edək ki, Moskvada Avrasiya İqtisadi İttifaqının sammiti keçirilir. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır. Bununla bağlı Azərbaycan prezidenti Avrasiya İttifaqının sammitinə qonaq qismində dəvət olunub.

Azpost.info

 

 

 

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edir

Sonrakı məqalə

Lukaşenko Putinə nüvə silahına görə təşəkkür edib