İlham Əliyev Şuşa Forumundakı çıxışını paylaşan Trampa təşəkkür etdi

Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.

Bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib.

“Mən ABŞ-Azərbaycan əməkdaşlığı və onun dünyada və regionumuzda sülh gündəliyinə bağlılığı ilə əlaqədar Şuşa Qlobal Media Forumunda bəyan etdiyim fikirlərimi öz sosial şəbəkə platformasında paylaşdığı üçün Prezident Donald Trampa təşəkkürümü bildirirəm. Bir daha mən Prezident Trampın regionumuz da daxil olmaqla, dünyada sülh və stabilliyin yayılması ilə bağlı baxışı və səylərinə olan dəstəyimizi vurğulamaq istəyirəm. Biz həm də ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və ümidvarıq ki, ABŞ-Azərbaycan əlaqələri onun prezidentliyi dövründə yeni səviyyəyə qalxacaq. Biz ona öz məqsədinə doğru bütün səylərində davamlı nailiyyət arzulayırıq”, – paylaşımda deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.