Amerikalı iş adamı İlon Mask Meta şirkətinin baş direktoru Mark Zukerberqlə qəfəsdə döyüşmək istəyir.
Azpost.info bildirir ki, Mask bu barədə ABŞ-ın texnologiya şirkətlərinin rəhbərlərinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonra jurnalistlərlə söhbəti zamanı bildirib.
O, media nümayəndələrinin müvafiq sualına cavabında “Əgər o istəsə” cavabını verib.
Xatırladaq ki, Mask X sosial şəbəkəsinə rəqib olacaq Threads tətbiqini işə salmağı planlaşdırdığını elan etdikdən sonra Zukerberqi rinqə çağırmışdı. Döyüş əvvəlcə avqustun 26-na təyin edilmişdi. Lakin X-nin sahibi “mümkün kiçik əməliyyata” görə döyüşün vaxtının dəyişdiyini bildirib.
Zukerberq Maskı təklif etdiyi döyüşdən yayınmaqda günahlandırıb.
Azpost.info