REAL partiyasının sədri İlqar Məmmədov Türkiyənin Suriyada hərbi əməliyyatları ilə bağlı partiyanın mövqeyini açıqlayıb.
Azpost.info bildirir ki, İ. Məmmədov Azərbyacan Xarici İşlər Nazirliyinin bəyanatını dəstəklədiklərini bəyan edib: “Türkiyə Cümhuriyyətinin hal-hazırda Suriyada həyata keçirməkdə olduğu əməliyyatla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu gün verdiyi bəyanatını dəstəkləyirik.
Eyni zamanda əminliyimizi ifadə etmək istəyirik ki, bu əməliyyatın icrasının keyfiyyəti Türkiyəyə qarşı hər hansı yeni iddia və kampaniyalara yol açmayacaq”.