“İlqar Məmmədovun bəraət alması təqdirə layiqdir” –

Avropa Şurasının Baş katibi qərarı dəstəklədi
23 Aprel 2020 - 19:34

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qarşılayıb.

Bu barədə Avropa Şurasının saytında məlumat verilib.

“Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Ali Məhkəməsi tərəfindən bəraət alması təqdirə layiqdir. Avropa Şurası Nazirlər Komitəsinin dəfələrlə vurğuladığı kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını tələb edir. Məhkəmə qərarlarının icrasına nəzarət kontekstində bu addım Komitə tərəfindən nəzərdən keçiriləcək. Avropa Şurası Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hər zaman hazırdır”, – deyə Baş katibin bəyanatında deyilir.