İmişlidə 11 yaşlı qızı zorlamaqda təqsirli bilinən atalığı həbs olunub –RƏSMİ

İmişlidə 11 yaşlı qızın dünyaya uşaq gətirməsində təqsirli bilinən atalığına qarşı ittiham irəli sürülüb.

KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilib ki, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir –

Sonrakı məqalə

İrəvanda Qafqazdakı ABŞ səfirlərinin regional toplantısı keçiriləcək –