İmişlidə məktəbdə tualet olmamasına etiraz edən müəllimlər dərsləri boykot etdi –VİDEO

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmamasına etiraz edən müəllimlər dərsə gəlməkdən imtina ediblər. 

Azpost.info bildirir ki, bu barədə məktəbin müəllimi sosial şəbəkədə paylaşım edib. Görüntülərdə ibtidai sinif şagirdinin ayaq yolu olmadğına görə təbii ehtiyacını ödəyə bilmədiyi və buna görə ağladığı görünür.

Müəllim əsəbi şəkidə buna etriaz edir və məktəbdə ayaq yolu tikilməyincə dərcə gəlməməyi tapşırır.

Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

“Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb” – deyə qeyd olunub.

Əvvəlki məqalə

Sabah qar yağacaq, külək əsəcək

Sonrakı məqalə

“Xankəndinə ərzaq və dərman gətirən yolumuz var” –