“İmmiqrasiyanın müvəqqəti dayandırılması üzrə tədbirlər 60 gün ərzində qüvvədə olacaq”- Tramp

Aprelin 21-də ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlara immiqrasiyanın müvəqqəti dayandırılması haqqında öz əvvəlki bəyanatına aydınlıq gətirib.

Azərtac xəbər verir ki, Ağ evin başçısının bir gün əvvəl öz Tvitter səhifəsində yazdığına görə, koronavirus pandemiyasına cavab olaraq ABŞ-a immiqrasiya dayandırılır, ancaq Tramp administrasiyası tərəfindən immiqrasiyanın hansı müddətə qadağan ediləcəyi heç kəsə aydın deyildi.

Tramp mətbuat konfransında çıxış edərək deyib ki, immiqrasiyanın dayandırılması üzrə tədbirlər qarşıdakı 60 gün ərzində qüvvədə olacaq, sonra administrasiya bu məsələyə yenidən baxacaq. Prezident təkrar edib ki, onun administrasiyası “Amerika iş qüvvəsinin maraqlarının müdafiəsi üçün” əlavə immiqrasiya metodlarını öyrənəcək. Amerika KİV-lərində verilən məlumata görə, virusun yayılması ilə əlaqədar, 22 milyondan çox amerikalı işini itirib.

Tramp brifinqdə deyib: “immiqrasiyada bu fasilə həm də həyati əhəmiyyətli tibbi resursları Amerika vətəndaşları üçün qoruyub saxlamağa kömək edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda və rayonlarda yağış yağacaq

Sonrakı məqalə

İnsan alveri qurbanı olan şəxslərdən dövlət rüsumu tutulmayacaq