İmran Xan 5 il siyasətlə məşğul ola bilməyəcək- Seçki Komissiyası qərarı təsdiqlədi

Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xan 5 il müddətinə siyasətdən kənarda qalacaq.

Azpost.info xəbər verir ki, Pakistanın Seçki Komissiyası qadağa ilə bağlı qərarı təsdiqləyib.

Komissiya İmran Xanın korrupsiyada təqsirli bilinməsindən sonra ona beş il müddətinə siyasi vəzifə tutmağı və seçilməyi qadağan edib.

Avqustun 5-də İslamabad məhkəməsi İmran Xanı 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Cəza həm də onun beş il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsini nəzərdə tuturdu.

Azpost.info

Əvvəlki məqalə

Polşada parlament seçkiləri oktyabrın 15-nə təyin edildi

Sonrakı məqalə

“Biz nə ASALA, nə də PKK-ya qarşı geri addım atdıq”