Polşada parlament seçkiləri oktyabrın 15-nə təyin edildi

Polşa prezidenti Anjey Duda ölkədə növbəti parlament seçkilərini oktyabrın 15-nə təyin edib.

Azpost.info xəbər verir ki, Duda bunu sosial şəbəkə hesabında bildirib.

O, səsvermə tarixini seçərkən Dövlət Seçki Komissiyasının tövsiyələrini rəhbər tutduğunu deyib.

Polşa seçiciləri 460 deputat və 100 senator seçməli olacaqlar.

Seymdə yerlər uğrunda əsas rəqiblər Yaroslav Kaçinskinin hakim mühafizəkar-millətçi Qanun və Ədalət partiyası və keçmiş baş nazir Donald Tuskun Vətəndaş Koalisiyası siyasi birliyi olacaq.

Azpost.info

Əvvəlki məqalə

Xəzər dənizində zəlzələ olub

Sonrakı məqalə

İmran Xan 5 il siyasətlə məşğul ola bilməyəcək