İmran Xan azadlığa buraxıldı

İslamabadın Yüksək məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanı girov müqabilində iki həftəlik azadlığa buraxıb.

Məhkəmə İmran Xanın “Əl-Qadir trast” fondu ilə bağlı cinayət işi üzrə girov müqabilində azadlığa buraxılması barədə müraciətini təmin edib.

Pakistanın sabiq baş naziri və “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xan mayın 9-da İslamabad şəhərində həbs edilmişdi. O, korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunur.

İmran Xanının həbsi ilə əlaqədar Pakistanın bir sıra iri şəhərlərində kütləvi nümayişlər keçirilib. Bəzi regionlarında nümayişçilərlə polis arasında şiddətli toqquşmalar qeydə alınıb. Nəticədə administrativ binalara zərər dəyib, İslamabadda polis məntəqələri yandırılıb, Lahor şəhərində Pakistan radiosunun studiyasına, Pişəvərdə isə yaralıları daşıyan təcili tibbi yardım maşınlarına od vurulub.

Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.

Əvvəlki məqalə

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Sonrakı məqalə

“Qarabağ” və “Qalatasaray” rəhbərliyi arasında görüş keçirilib