İmran Xana korrupsiya ittihamı üzrə 3 il həbs cəzası verildi

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan üç il müddətinə azadlıqdan məhrum edilib.

Azpost.info xəbər verir ki, İmran Xan korrupsiyada təqsirli bilinib.

Məhkəmə həmçinin onu 100 min rupi (1209 dollar) məbləğində cərimə ödəməyə məcbur edib.

Keçmiş baş nazir Lahor şəhərindəki iqamətgahında polis tərəfindən həbs edilib.

Azpost.info

Əvvəlki məqalə

Şəhid ailələrinə daha bir güzəşt hüququ müəyyənləşdirilib

Sonrakı məqalə

Milli Məclisin sədri Gürcüstan parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb