Milli Məclisin sədri Gürcüstan parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Raça dağlıq bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar gürcüstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin ağır nəticələrinin tezliklə aradan qaldırılması diləklərini ifadə edib.

Əvvəlki məqalə

İmran Xana korrupsiya ittihamı üzrə 3 il həbs cəzası verildi

Sonrakı məqalə

İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri kimlərə tətbiq olunur?