“İndiana Cons”un şlyapası 630 min dollara satılıb –FOTO

Harrison Fordun 1984-cü ildə çəkilmiş “İndiana Cons və Qiyamət Məbədi” filmində geyindiyi şlyapa 630.000 dollara satılıb.

Azpost.info bildirir ki, bu barədə “Propstore” hərrac evi məlumat verib.

“Bu şlyapa xüsusi olaraq İndiana Cons film seriyasının ikinci hissəsi üçün hazırlanmışdır” deyə papağın təsvirində deyilir.

O, həmçinin filmdə işləmiş kaskadyor Din Ferrandini tərəfindən geyinilib və mərhum Ferrandininin şəxsi kolleksiyasında olub. “Buraya indiana Cons kostyumunda veteran kaskadyor Ferrandininin heç vaxt görülməmiş fotoşəkilləri daxildir.”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.