İndoneziya COVID-19-a qarşı öz istehsalı olan peyvəndin insanlar üzərində sınaqlarına başlayıb

 

İndoneziya COVID-19-a qarşı öz istehsalı olan peyvəndin insanlar üzərində sınaqlarına başlayıb.

Ölkədə yoluxma hallarının kəskin artmasından sonra narkotiklərin dövriyyəsinə nəzarət idarəsi buna razılıq verib. İndoneziyanın dövlət bayrağının rənglərini əks etdirən “Merah Putih” (Qırmızı Ağ) adlı peyvəndin sınaqları Airlangga Universiteti və “Biotis Pharmaceutical Indonesia” şirkəti tərəfindən aparılır.

Bildirilir ki, 2020-ci ildə start götürən layihə bir sıra səbəblərə görə ləngisə də, hökumət 2022-ci ilin ortaları üçün müsbət nəticə əldə olunacağına ümid edir.

İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadıkin deyib ki, peyvəndin sınaqları uğurlu olacağı təqdirdə, o başqa ölkələrə “buster” doza və ya azyaşlı uşaqlar üçün peyvənd kimi verilə bilər.

Peyvəndin birinci və ikinci kliniki sınaqlarında müvafiq olaraq 90 və 405 könüllünün iştirakı nəzərdə tutulur. “Merah Putih” İndoneziya Üləmalar Şurası tərəfindən halal məhsul kimi istifadəyə tövsiyə olunub.

Qeyd edək ki, 270 milyondan çox əhaliyə malik olan İndoneziya peyvənd və “buster” doza kimi əsasən Çin şirkətlərinin məhsullarından istifadə edir.

İndoneziya hökuməti pandemiyanın ilk mərhələlərindən yerli peyvəndin hazırlanmasına və istehsalının təşkilinə çalışır. Koronavirusun “omikron” ştamının yayılmağa başlamsından sonra burada gündəlik yoluxma sayı 30 min həddini aşıb. Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatına malik olan İndoneziyada ümumilikdə 4,5 milyon yoluxma halı qeydə alınıb. Onlardan 145 min nəfəri həyatını itirib. Son məlumatlara görə, ölkə üzrə əhalinin cəmi 48 faizinin hər iki dozanı alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi:

Sonrakı məqalə

Sabahın hava proqnozu