Səhiyyə Nazirliyi:Omicronla bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur

 

“Son günlər COVİD-19 virusuna yoluxma kəskin artıb”.

 

Nazir bildirib ki, bu da yeni ştamın daha yoluxdurucu olmasından irəli gəlir: “Respublikada koranavirusla bağlı vəziyyət idarəolunan, tam nəzarət altındadır. Virusa yoluxanların müalicəsində heç bir problem yoxdur. Omicronla bərabər Delta ştamı da dövriyyədədir. Xəstəxanaya yerləşdirilənlər arasında, xüsusən reanimasiya düşənlərlə bağlı tədqiqatlar aparılır. Hazırda Omicronla bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi, yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır. Hazırda ümumi çarpayı fondunun yalnız 20 faizi, reanimasiya fondunun isə 10 faizi istifadədir. Omicrona yoluxanlar xəstəliyi yüngül keçirir. Vaksinasiya olunmayanlarda Omicron fəsadlar törədə bilir və bir neçə insan artıq reanimasiyaya yerləşdirilib”.

Nazir bildirib ki 15 fevraldan etibarən iki doza vaksin almış vətəndaşlar arasında ikincisi dozanın üstündən 6 ay keçmiş şəxslərin sertifikatı etibarsız olacaq: “Hər kəsi vaksinasiyaya qoşularaq COVID-19-un yayılmasının qarşısının almağa dəvət edirəm. Azərbaycanda 5 milyon insan 2 doza, 2 milyondan çox şəxs isə buster doz qəbul edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

İndoneziya COVID-19-a qarşı öz istehsalı olan peyvəndin insanlar üzərində sınaqlarına başlayıb