İngiltərədə xəzinə axtarışı həvəsində olan yeddi nəfərdən ibarət qrup yeni aldıqları metal detektorunu sınaqdan keçirərkən təsadüfən gümüş sikkə xəzinəsinə rast gəliblər.
Azpost.info “The Guardian” nəşrinə istinadən bildirir ki, Norman fəthi dövründən qalan 2584 gümüş qəpik İngiltərədə indiyə qədər tapılan ən bahalı xəzinə olub. Xəzinənin dəyəri 4,3 milyon funt-sterlinqdir.
Torpağın sahibi gəlirin yarısını alacaq, xəzinəni kəşf edən həvəskarlar isə öz paylarını bərabər böləcəklər.
Çərşənbə axşamı xeyriyyə təşkilatı “South West Heritage Trust” bu xəzinəni xalq üçün aldığını açıqlayıb.
Noyabrın 26-dan etibarən xəzinə Londondakı Britaniya Muzeyində nümayiş etdiriləcək.
“South West Heritage Trust” xəzinəni indiyə qədər tapılan ən diqqətəlayiq xəzinələrdən biri kimi təsvir edib. Təşkilatın fikrincə, bu, ingilis tarixində dönüş nöqtəsindən – Hastinqs döyüşündən dərhal sonra Saksondan Norman hökmranlığına keçiddən başlayır. Xəzinə ehtimal ki, I Vilhelemə qarşı cənub-qərbdə üsyanlar zamanı qorunmaq üçün göndərilib.
Sikkələrin yarısında İngiltərənin sonuncu sakson kralı II Harold, yarısında isə I Vilhelem təsvir olunub. Dəfinədə 2-ci Haroldla bağlı indiyədək tapılmış sikkələrdən iki dəfə, 1-ci Vilhelemlə bağlı isə 5 dəfə çox sikkə var.
Azpost.info