İngiltərədə insanlar qoyun sürülərinə qarşı “müharibə” elan etdi

Qoyun
Qoyun
İngiltərənin şimal-qərbində yerləşən Lankeşir qraflığının sakinləri yolları və şəxsi əraziləri zəbt edən qoyun sürülərindən şikayətlənirlər.
Qaynarinfo “Mirror” nəşrinə istinadən xəbər verir ki, 20 başadək qoyundan ibarət olan sürülər yaşayış sahələrinə daxil olaraq insanlara narahatlıq yaradır. Sakinlər qoyunların avtomobil hərəkətinə mane olmasından və bağçalarındakı bitkiləri otlamasından narazıdırlar.
Rayon nümayəndəsi Hili Şah Vazir problemin getdikcə böyüdüyünü və fermerlərin heyvanlarını daha yaxşı qorumaq üçün tədbirlər görməli olduğunu bildirib:
“Bu, bölgə sakinləri üçün böyük problem yaradır. Məsələ artıq uzun müddətdir – 2024-cü ilin əvvəlindən bəri davam edir. Qoyunlar sürücülər üçün potensial təhlükə yaradır, bu həm heyvanların, həm də insanların həyatı üçün risklidir”.
Məsələni həll etmək üçün yerli idarə orqanı və meşə gözətçisi ətrafdakı tarlaların hasarlarında boşluqlar axtarmağa çalışıblar. Fermerlər heyvanlarına daha ciddi nəzarət etməyə çağırılsa da, hətta polis müdaxiləsi də problemin həllinə kömək etməyib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.