Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İnsan alverinə qarşı mübarizədə təbliğat yeni çağırışları nəzərə almalıdır –

User 16 Sentyabr 2024 - 13:18 (Last updated: 21 May 2025 - 20:15)
qadin insan alveri

İnsan alverinə qarşı mübarizə sahəsində təbliğat, maarifləndirmə yeni çağırışları nəzərə almalıdır.

Zaur İbrahimli: “Rəqəmsal platformalar və alətlər cinyətkarlar üçün əsas vasitəyə çevrilib və QHT-lər insan alverinə qarşı mübarizə sahəsində maariflənidrmə, məlumatlandırma fəaliyyətini bu gerçəkliyə uyğun təşkil etməlidirlər”

“Azərbaycanda son illər insan alverinə qarşı mübarizə siyasəti daha da təkmilləşərək müasir çağırışlara cavab verir. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq hesabatlarda əks olunur. ABŞ Dövlət Departamentinin 2022-ci ilin iyun ayında insan alverinə qarşı mübarizəyə dair yayımladığı hesabatda ölkəmiz bir pillə irəliləyərək ikinci sıra ölkələr siyahısında yer tutub, sənəddə ölkəmizin fəaliyyəti təqdir olunub. Həmçinin, 2023-cü ildə Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupun (GRETA) Azərbaycan tərəfindən Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyasının icrası ilə əlaqədar üçüncü hesabatını açıqlayıb.

Hesabatda qeyd edilir ki, Azərbaycanda son illər insan alverinə qarşı mübarizə siyasətində nəzərəçarpacaq irəliləyişlər əldə edib. Xüsusən qanunverilcik və institusional baza inkişaf etidirilib, İnsan Alverinə Qarşı Mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı beynəlxalq bir çox tövsiyyələri nəzərə alıb. Hazırda, beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyyələri ümumiləşdirsək, deyə bilərik ki, əsas vəzifələrdən biri mövcud siyasətin həyata keçirilməsinin monitorinq və qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, qurbanların hüquqi yardıma çıxışına və mövcud kompensasiya mexanizmləri, sığınacaqların sayının artırılması və işinin təkmilləşdirilməsidir”.

Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvü “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli Azpost.info-ya açıqlamasında bildirib.

Z.İbrahimli qeyd edib ki, İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının icrası bu il başa çatır və əldə olunan nəticələr yeni çağırışlara adekvat reaksiya verilməsini təmin edir. Xüsusən ayrı-ayrı risk faktorlarının yüksək oldğu sahələrdə monitorinqlərin aparılması, müvafiq istiqamətdə aidiyyəti yoxlayıcı qurumların vəzifələrinin dəqiqləşdirilməsi, ölkədaxili vəziyyətin təhlili və onların insan alverinin qurbanına çevrilməsi risklərinin qarşısının alınması məqsədilə qanunvericliyin təkmilləşdirilməsi, insan alverindən zərər çəkmiş şəxslərə kompensasiya ödənilməsi işinin təkmilləşdirilməsini vurğulmaq olar.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədrinin fikrincə maarifləndirmə və profilaktik tədbirlərin görülməsi sahəsində düşüncə və yanaşma dəyişikliyinə ehtiyac var: “İnsan alveri ilə bağlı cinayətlərin törədilməsi metodları ciddi şəkildə dəyişib və rəqəmsallaşıb. Rəqəmsal platformalardan və alətlərdən istifadə edərək cinayətkarlar qurbanlara yeni ölkədə daha yaxşı həyat vəd etməklə, onlara böyük fayda ilə maraqlı iş təklif etməklə aldadır və zor tətbiq emtəklə cinsi istismar və ya məcburi əməyə məcbur edirlər. Həmçinin, xaricdə işdüzəltmə və təhsil xidmətləri təklif edən şirkətlər vasitəsilə insanlar aldadılır və cinayətkarların toruna düşür. Bu elanlar da, təkliflər indi rəqəmsal platformalar vasitəsilə yayılır, ilkin təmas, şirnikləşdirmə və rəqamsal alətlərlə həayata keçirirlir. Real olmayan, virtual şirkətlərlərlə insanları tora salırlar. Məhz buna görə, təbliğat, maarifləndirmə bu çağırışları nəzərə almalıdır. QHT-lər əsasən bu istiqamətlərdə insanları maarifləndirməyə fokuslanmalıdır”.

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: Milli Məclisdə neçə siyasi partiya təmsil olunacaq?

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.