İnsanabənzər meymunlar haqqında qanun hazırlanır –Nələr qadağan olunacaq?

İspaniya insanabənzər meymun, yəni oranqutan, bonobo, qorilla və şimpanze haqqında qanunvericiliyin yaradılması ilə bağlı ilk addım atıb.

İspaniyanın “АВС” nəşri xəbər verir ki, buna səbəb meymunların insana genetik yaxınlığında və onlarda bioetik Cozef Fletçer tərəfindən müəyyən edilmiş “insan şəxsiyyətinin 15 keyfiyyətinin mövcud olmasındadır”.

Əgər ölkənin Sosial Hüquqlar Nazirliyinin təşviq etdiyi bu qanun qəbul olunarsa, İspaniya bu heyvanlar üçün xüsusi qanunvericiliyə malik ilk ölkə olacaq.

Qanunun məqsədi insanabənzər meymunlar üzərində eksperiment və tədqiqatların onlara zərər verəcəyi təqdirdə qadağan etmək; onlara sahiblik və ya onların saxlanma şərtlərini müəyyən etmək; kommersiya məqsədləri üçün, eləcə də şoularda istifadəsini yasaqlamaq və onların mühafizəsi üzrə səyləri yaxşılaşdırmaqdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.