“İnsidentin həllini sərhədin demarkasiya prosesinin başlamasında görürük” –

Rusiya XİN
18 May 2021 - 18:05
MOSCOW, RUSSIA - JUNE 11, 2020: A view of the offices of the Russian Foreign Ministry in Smolenskaya Square. Valery Sharifulin/TASS Ðîññèÿ. Ìîñêâà. Âèä íà çäàíèå Ìèíèñòåðñòâà èíîñòðàííûõ äåë ÐÔ íà Ñìîëåíñêîé ïëîùàäè. Âàëåðèé Øàðèôóëèí/ÒÀÑÑ

“Azərbaycan və Ermənistan arasında sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləməyə davam edirik”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin şərhində bildirilib.

Vurğulanıb ki, Rusiya tərəfi gərginliyin azaldılması üçün Bakı və İrəvana ən yüksək səviyyədə müntəzəm təmaslar saxlayaraq yardım göstərir.

“Əlaqələr bizim ölkələrimizin hərbi və sərhəd xidmətləri vasitəsilə saxlanılır. Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik. Bundan irəli gələrək belə hallar sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməlidir. Uzunmüddətli həll qismində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük. Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasına təşviqi davam etdirməyə hazırdır”, – deyə Rusiya XİN-in şərhində qeyd olunub.