Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

İnsultdan qorunmaq üçün ən effektiv profilaktika açıqlanıb

Orkhan Ali 30 İyun 2025 - 12:06 (Last updated: 30 İyun 2025 - 12:14)
İnsult

İnsult

İnsultdan qorunmaq üçün hansı profilaktik tədbirlərin faydalı olduğu açıqlanıb. AzPost xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov bu barədə “Lenta.ru”ya müsahibəsində danışıb.

Cərrah qeyd edib ki, insult, əslində, “damar fəlakəti” hesab olunur və bu vəziyyətdən yayınmaq üçün müəyyən profilaktik qaydalara əməl etmək vacibdir. Onun sözlərinə görə, əsas risk faktorları sırasına yüksək qan təzyiqi, xolesterin səviyyəsinin artması, şəkərli diabet və piylənmə daxildir.

Mütəxəssis gündə iki dəfə qan təzyiqinin yoxlanılmasını məsləhət görüb. Xüsusən, gənclərdə təzyiq göstəriciləri 140/80 mm civə sütununu keçirsə, dərhal kardioloqa müraciət etmək tövsiyə olunur. Umnov hamilə qadınların da insult riski altında olduğunu vurğulayıb.

Piylənmə və oturaq həyat tərzi də insult riskini artıran amillərdən sayılır. Həkim bildirib ki, xüsusilə evdən işləyənlər və passiv həyat tərzi keçirənlər fiziki aktivliyə daha çox vaxt ayırmalı, gün ərzində qısa piyada gəzintilər və sadə idman hərəkətləri etməlidir. Bu, baş beyinə qan axınının normallaşması üçün vacib hesab olunur.

Umnov qeyd edib ki, alkoqol və siqaret də insult üçün təhlükə mənbəyidir. Eyni zamanda, nəzarətsiz şəkərli diabet xəstələrinin qan damarlarında və sinir sistemində yaranan zədələnmələr bu riskin daha da artmasına səbəb olur.

Cərrah bildirib ki, insult riski yüksək olan şəxslər həyat tərzlərini dəyişməli, zərərli vərdişlərdən uzaq durmalı və sağlam qidalanmaya üstünlük verməlidirlər.

Qeyd edək ki, insult beyin damarlarının tutulması və ya partlaması nəticəsində baş verir və vaxtında müdaxilə edilməzsə, ağır fəsadlar yarada bilər. Profilaktik qaydalara əməl etməklə bu təhlükənin qarşısını almaq mümkündür.

AzPost.az

Post navigation

Previous: Kinostudiyada baş verən partlayışla bağlı cinayət işi başlanıb
Next: Dünyanın ən yaxşı futbolçularının adları açıqlanıb

Oxşar xəbərlər

ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.