İpoteka kreditləri halaldırmı? –MARAQLI FƏTVA

Türkiyənin Dəyanət İşləri Nazirliyinin rəhbərliyi Sosial evlər layihəsini həyata keçirən «Toplu Konut İdarəsi»nin (TOKİ)  Sosial evlər layihəsinin dini baxımdan nə qədər məqsədəuyğun olub-olmadığı barədə sorğusunu cavablandırıb.

Dini qurum ilk dəfə olaraq faizlə götürülən kreditlərə icazə verib. Qurumun qərarına əsasən, islamda faiz qəti olaraq haram buyurulub, zərurət olmadıqda faiz vermək və almaq da günahdır.

«İş qurmaq və genişləndirmək, eləcə də, ev və maşın almaq üçün ayrı-ayrı şəxslərdən, təşkilat və banklardan alınan faizlik kreditlər də bura daxildir və haramdır»-deyə açıqlamada bildirilir.

Bununla yanaşı, qurum bildirir ki, TOKİ-nin vasitəçiliyi ilə həyata keçirilən işlər dövlətin aşağı və orta gəlirli vətəndaşlar üçün həyata keçirdiyi sosial mənzil layihəsidir. «Bu layihədə dövlətin məqsədi bankların gəlir əldə etməsi deyil, əksinə ödəmə çətinliyi yaşayan vətəndaşların ev sahibi olmasına kömək etməkdir. Buna görə də, TOKİ-nin həyata keçirdiyi layihədən yararlanmaq və layihə  çərçivəsində evlərin alınması icazə veriləndir».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dekabr ayında ölkəyə rekord sayda avtomobil gətirilib

Sonrakı məqalə

Amerikalı aktyor intihar edib