Dördüncü və beşinci çağırış Milli Məclisin deputatı İqbal Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Modern.az-a namizədin seçki qərərgahından məlumat verilib. Bildirilib ki, İ.Məmmədov namizədliyini 78 saylı Lerik seçki dairəsindən irəli sürüb. Qeyd edək ki, İ.Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.