İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bu il sentyabrın 1-nə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5237,5 min nəfər olub, onlardan 4948,9 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1674,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,4 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,0 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2023-cü ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,4 saat təşkil edib.

Əvvəlki məqalə

Ordumuzun Gədəbəydəki mövqeləri atəşə tutulub

Sonrakı məqalə

“Kömək üçün yalvarır”