“İrəvan və Bakı sülh sazişi mətninin 80 faizi üzrə razılığa gəliblər”- PAŞİNYAN

“İrəvan və Bakı sülh sazişi mətninin 80 faizi üzrə razılığa gəliblər”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin saziş imzalamağı və diplomatik münasibətlər qurmağı təklif edib.

“Demək olar ki, iki il davam edən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə əsasən, təxminən 80 faiz razılığa gələ bildilər. Biz Azərbaycanı yaxın gələcəkdə razılaşdırılmış müddəaları imzalamağa, diplomatik əlaqələr qurmağa və qarşılıqlı əhəmiyyət kəsb edən bütün məsələlər üzrə danışıqları davam etdirməyə dəvət etdik”, – Paşinyan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.