Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda etirazlara qalxan və saxlanılan 156 nəfərin hamısı sərbəst buraxılıb.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Gün ərzində polisin qanuni tələblərinə tabe olmadıqları üçün 156 vətəndaş polis bölmələrinə aparılmışdı”, – nazirlikdən bildirilib.
Aksiyaçılar Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirdilər.
Azpost.info