“İrəvan Qarabağla bağlı destruktiv mövqe tutur”- Rusiya Dumasının deputatı

“İrəvan Azərbaycan və Rusiyanı əsassız olaraq üçtərəfli sazişi pozmaqda ittiham etməklə və ABŞ-la hərbi təlimlər keçirməklə Qarabağla bağlı destruktiv mövqe tutur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.

“Rusiya obyektiv olaraq sülhməramlı mövqe tutur. Bütün tərəflərin ciddi şəkildə riayət etməli olan üçtərəfli saziş də buna xidmət edir. Rusiya sülhməramlıları öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər. Ermənistan da buna ABŞ-la təlimləri və KTMT-dən öz nümayəndəsinin geri çağırılmaqla cavab verir”, – deputat qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Səfirliyin təsis edilməsi ilə Azərbaycan-İsrail əməkdaşlığı yeni səviyyəsinə daxil olur

Sonrakı məqalə

Avropa Məhkəməsi azərbaycanlı jurnalistlə bağlı qərar verib