İrəvanda atışma olub, yaralananlar var

İrəvan şəhərində silahlı insident baş verib.

İnsident günorta saatlarında Ermənistan paytaxtının mərkəzində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.

Hadisə nəticəsində güllə yarası almış 43 yaşlı və 35 yaşlı iki kişi xəstəxanaya yerləşdirilib.

Nəşrin xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları insidenti törətməkdə şübhəli bilinən şəxsin kimliyi barədə məlumata malikdir.

Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür. (APA)

Əvvəlki məqalə

Avropa çepionatı: Azərbaycanın titullu güləşçisi finala yüksəlib

Sonrakı məqalə

“Liverpul” qələbə qazanıb, “Çelsi” məğlub olub –