“Liverpul” qələbə qazanıb, “Çelsi” məğlub olub –İngiltərə Premyer Liqası

Aprelin 2-də futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.

Turun ilk günündə 6 qarşılaşma oynanılıb.

Bu turdan əvvəl yetmiş xalla turnir cədvəlinə liderlik edən “Mançester Siti” klubu səfərdə “Börnli” komandasının qonağı olub.

Oyunda hesabı Mançester təmsilçisi açıb. Beşinci dəqiqədə Kevin de Brüyne Rahim Sterlinqin ötürməsini qola çevirib. Qarşılaşmanın 25-ci dəqiqəsində qonaqlar hesab arasında fərqi artırıb. Bu qol epizodunda da İngiltərə millisinin futbolçusu Rahim Sterlinq bu dəfə də məhsuldar ötürmə edib. İlkay Gündoğan onun cinah ötürməsini dəqiq zərbə ilə rəqibin qapısından keçirib. Qarşılaşma “Mançester Siti”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Siti”dən bir xal geri qalan “Liverpul” komandası öz meydanında “Vatford” klubunu qəbul edib. Mersessayd təmsilçisi əsas rəqibi “Mançester Siti” kimi eyni hesabla qələbə qazanıb. Yurgen Klopun yetirmələrinin heyətində Diyeqo Jota (22) və Fabinyo (89) fərqləniblər.

Günün sensasiyası “Stenford Bric” stadionunda qeydı alınıb. “Çelsi” klubu öz meydanında “Brentford” komandasına böyük hesabla məğlub olub – 1:4.

Digər görüşlər belə nəticələnib: “Volverhemton” – “Aston Villa” – 2:1, “Brayton” – “Norviç Siti” – 0:0 və “Lids Yunayted” – “Sauphemton” – 1:1.

Əvvəlki məqalə

İrəvanda atışma olub, yaralananlar var

Sonrakı məqalə

Ukrayna hərbi əməliyyatlara ayda 10 milyard dollar xərcləyir