İran ABŞ-a nota verib

23 Aprel 2020 - 15:14
Iranian flag waving with cityscape on background in Tehran, Iran

İran ABŞ-a nota verib. 

APA-nın Tehran bürosunun məlumatına görə,  İran Xarici İşlər Nazirliyi ABŞ-ın hədələri və bu ölkə qüvvələrinin Fars Körfəzində İran sərhədinə yaxın bölgədə təhlükəli davranışları ilə bağlı Tehranda İsveçrənin işlər vəkili vasitəsilə ABŞ-a etirazını bildirib.

Etiraz notasında ABŞ dövlətinə dənizçilik və gəmiçilik sahəsində mövcud olan beynəlxalq qaydalara  əməl etmək xatırladılıb. ABŞ-a xəbərdarlıq olunub ki, İran İslam Respublikası özünü müdafiə etməklə yanaşı, Fars körfəzi və Oman dənizində hər hansı qərəzli addım və hədəyə cavab verəcək.

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampa tövsiyə edb ki, dünyanı və bölgəni koronavirus bürüdüyü bir zamanda ABŞ hərbi qüvvələrini bu epidemiyaya ən çox yoluxmuş ölkəsinin daxilində virusla mübarizəyə cəlb etsin.