Lukaşenko:“Belarus pandemiyaya görə sərhədləri bağlamayacaq”

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyası dövründə respublikanın dövlət sərhədlərini bağlamağa ehtiyac olmadığını bildirib.

Bu barədə “Report” RT-yə istinadən xəbər verir.

“Biz insanlar və malların hələ də hərəkət etdiyi üç dəhliz müəyyən etmişik. Ehtiyac olmayacağı təqdirdə də sərhədləri bağlamaq niyyətində deyilik”, – A.Lukaşenko dayanıqlı milli iqtisadiyyat üzrə keçirilən iclasda çıxışı zamanı söyləyib.

Belarus lideri bunun ölkəyə heç də asan və ucuz başa gəlmədiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran ABŞ-a nota verib

Sonrakı məqalə

ÜST Afrika qitəsində koronavirusla bağlı son rəqəmləri